Kurtlar Vadisi Pusu" serialına FETÖ istintaqı başladı
Türkiyədə uzun illər böyük maraqla izlənilən “Kurtlar Vadisi Pusu” serialı ilə bağlı yeni istintaq başladılıb. Silivri Respublika Baş Prokurorluğu, MİT əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada baş verən şübhəli ölümü ilə əlaqədar aparılan istintaq çərçivəsində serialı da araşdırma predmetinə çevirib.
Minval.info xəbər verir ki, serialda FETÖ təbliğatının olub-olmaması ilə bağlı xüsusi araşdırma aparılması qərara alınıb. Bunun üçün müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb. Ekspertlər serialın süjet xəttini, dialoqlarını və mümkün gizli mesajlarını təhlil edəcəklər.
Araşdırmanın əsas məqsədi serialın ayrı-ayrı bölümlərində təşkilati göstəriş və ya mesajların yer alıb-almadığını, həmçinin layihə ilə FETÖ arasında hər hansı əlaqənin olub-olmadığını müəyyənləşdirməkdir. Araşdırmanın nəticələri hazırlanacaq ekspertiza hesabatından sonra məlum olacaq. Hüquqi proses isə davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir