Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub
Bu gün Azərbaycanın məşhur Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür. Onun dünyaya gəlişinin 104-cü ildönümüdür.
Minval.info xəbər verir ki, 1922-ci il oktyabrın 20-də Bakıda doğulan Şövkət Ələkbərova, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə həyatına başlamışdır.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərmiş, 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında solist olmuşdur. 1937-ci ildə keçirilən bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edərək Üzeyir Hacıbəyov və digər tanınmış sənətkarların diqqətini çəkmişdir.
Şövkət Ələkbərova, “Qarabağ şikəstəsi”ni ifa edərkən Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur ki, bu da onun peşəkar musiqi sənətinə gəlişinin əsasını qoymuşdur.
O, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və bir çox digər ölkələrdə uğurla çıxış edərək, “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlarla milyonlarla insanın qəlbində iz buraxmışdır. Şövkət Ələkbərova 1993-cü ildə fevralın 7-də vəfat etmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi