Küçədə boru partladı, "Azərsu" işçilərinin reaksiyası qəzəb doğurdu - "Vaxtımız olsa..."
Su borusunun partlaması nəticəsində küçə bərbad vəziyyətə düşüb.
Minval.info xəbər verir ki, Binəqədi rayonunun 8 mart küçəsində, 1a ünvanında su borusu partlayıb. Nəticədə həmin ərazini su basıb.
Bununla əlaqədar sakinlər “Azərsu” ASC-nin “Qaynar xətti”nə zəng vurub. Telefona cavab verən operator məsələ ilə bağlı tədbir görüləcəyini bildirib. Ardınca qurum əməkdaşları mobil telefon vasitəsilə geri dönüş edərək su borusunun partladığı ünvanı dəqiqləşdiriblər.
Lakin onların dedikləri bir qədər təəccüb doğurub. Belə ki, onlar “indi əlimizdə iş var, vaxtımız olsa gələrik” söyləyib. Sakinlər küçəni su basdığını bildirsələr də, cavab fərqli olmayıb.
Qeyd edək ki, “Azərsu” ötən ili yarım milyard manat zərərlə başa vurub. Təbii ki, bu formada işləyən bir qurum zərərlə ili tamamlamalıdır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!

