Kozinoğlunun məzarı açılır: Ölüm səbəbi araşdırılır
Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Kaşif Kozinoğlunun məzarı açılacaq. Silivri Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Ümraniyə qəbiristanlığında yerləşən məzardan sümük və torpaq nümunələri götürüləcək.
Minval.info xəbər verir ki, müayinələrdən sonra Məhkəmə-Tibbi Ekspertiza Şurasının Birinci İxtisaslaşmış Heyəti Kozinoğlunun ölüm səbəbini və hadisədə kənar şəxsin iştirakının olub-olmamasını müəyyən edəcək.
Xatırladaq ki, Kaşif Kozinoğlunun ölümü ilə bağlı cinayət işi 15 il sonra yenidən açılıb və bu işlə əlaqədar bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Kozinoğlu, FETÖ-cü sabiq prokuror Zəkəriyyə Öz tərəfindən aparılan istintaq çərçivəsində həbs edilmiş və 2011-ci ilin 12 noyabrında Silivri həbsxanasında vəfat etmişdi. O zaman istintaq onun ölümünün təbii səbəblərdən qaynaqlandığını bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir