Kosova ərazilərin bir qismini Serbiyaya qaytarır

Kosova Priştina ilə Belqrad arasında yekun saziş üçün ödəmə olaraq ərazilərin bir qismini Serbiyaya verməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Kosovanın rəhbəri Haşim Taçi bəyan edib. Onun sözlərinə görə, bu proses asan olmayacaq, amma “münaqişələrə və gərginliyə qayıtmaqdan qaçmağın yeganə yolu budur”.
Bununla belə Taçi vurğulayıb ki, bir neçə obyekt var ki onlar Serbiyaya verilə bilməz. Həmin obyektlər sırasına Qazivode su anbarı, Kosovska-Mitroviça şəhəri və “Trepça” sənaye kompleksi də daxildir.
Xatırladaq ki, Serbiyanın tərkib hissəsi kimi Kosova 1999-cu ildən BMT-nin nəzarətində olub. 2008-ci il fevralın 17-də isə öz müstəqilliyini elan edib və o vaxtdan etibarən dünyanın 114 ölkəsi Kosovanı müstəqil dövlət kimi tanıyıb. Kosovada yaşayanların təqribən 90 faizi müsəlman albanlardır. Burada həmçinin, serblər, terklər və qaraçılar da yaşayır.
Azərbaycan Respublikası Kosovanın müstəqilliyini tanımır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İtaliyadan uçan təyyarə burulğana düşdü, yaralılar var
Qonşu ölkədə iki aylıq hamilə gəlin ərini öldürdü
ABŞ Əfqanıstanda diplomatik missiyasını davam etdirəcək?
Bu şəhərdən köçənlərə 26 min dollar veriləcək
Qarnından əməliyyat olunan modelin ayağını kəsdilər - FOTO
18 ay işləyib 15 ilin maaşını aldı - Qeyri-adi hadisə