Koronavirusun daha bir növü ortaya çıxdı: Sürətlə yayılır

Koronavirusun “Delta” variantından sonra yeni bir mutasiya növü ortaya çıxıb.
Minval.info Qərb mediasına istinadən xəbər verir ki, “Delta” variantının yayılması ilə ölüm sayı gündən-günə artdığı bir vaxtda elm adamları yeni bir mutasiya aşkar ediblər.
Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu araşdırma apararaq yeni bir koronavirus variantının aşkarlandığını açıqlayıb.
C.1.2 variantının hazırda insanların həyatını təhdid edən digər variantlara nisbətən daha sürətli olduğu bildirilib.
Cənubi Afrikadan başqa İngiltərə, Çin, Konqo Demokratik Respublikası, Yeni Zelandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdə də müşahidə edildiyi bildirilib.
Aşkar edilən C.1.2 variantının yarısından çoxunda 14 mutasiya olduğunu ifadə edən mütəxəssislər: “Bu variantın təsirini görmək üçün daha çox çalışmalıyıq. “Bu variantın Delta variantına qarşı dominant olub -olmayacağını görmək üçün araşdırmaları artırmalıyıq” fikrini söyləyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azyaşlı qızlar hamilə qalırdı” - İŞİD-dən qaçan qadın
Tətil bitdi, yeni ilin ilk iş günü başladı
Azərbaycan nefti bahalaşmaqda davam edir
119 türk hərbçisi ömürlük həbs cəzasına məhkum edildi
Bu qadın 20 ildir küçədə yaşayır: Uşağı olmadığı üçün küçəyə atıblar - VİDEO
"Döyüblər yaxşı ediblər, əlləri dərd görməsin" - Xudayarın qardaşı