08.09.2021 - 14:50
Dünya
19 baxış
Konqoda meningit xəstəliyi yayılıb
Konqo Demokratik Respublikasının şimal-şərqindəki Tşopo əyalətində meningit xəstəliyi yayılıb.
“Minval.info” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika regional ofisinin saytındakı məlumata görə, bölgənin Banalia icmasında 261 nəfər meningitə yoluxub ki, bunların 129 nəfəri ölüb. Bununla da ölüm nisbəti 50 faizə yaxınlaşıb.
ÜST-ün dəstəyi ilə əyalətdə yoluxanlara yardım edən mütəxəssislər qrupu fəaliyyətə başlayıb, xəstəliyin daha da yayılmaması üçün böhran komissiyası yaradılıb.
Afrikanın 26 ölkəsini əhatə edən “meningit qurşağı”na daxil olan Tşopo əyalətində 2009-cu ildə də həmin xəstəliyə 214 nəfər yoluxmuş, bunların 15 nəfəri ölmüşdü.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31