Komitə hökumətə müraciət etdi: 4 min manatdan 20 minə qaldırılsın
Azərbaycan Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla bağlı nəzərdə tutulan cəzada dəyişiklik edilməsini təklif edib.
Qaynarinfo xəbər verir ki, təklifə əsasən, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsində nəzərdə tutulan külli miqdarda hesab edilən məbləğ artırılır.
Belə ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə (Narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələr və qurğular, hərbi silah və texnika, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatı, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahları, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materiallar və avadanlıqlar, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammal, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar istisnadır) malların və digər əşyaların külli miqdarda (4 min manatdan yuxarı olan məbləğ) keçirilməsinə görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dövlət Gömrük Komitəsi maddədə nəzərdə tutulan külli miqdar hesab edilən 4 min manatın 20 min manata qaldırılmasını təklif edir. Komitə təklifini hökumətə təqdim edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda "elektrik hücumu": Sakinlərə əsl şok yaşatdılar
Əlil uşaqları övladlığa götürən şəxslərə nə qədər müavinət veriləcək?
Azərbaycanda yarımçıq doğulan uşaqlarla bağlı vəziyyət necədir?
Füzulidə Anım Günü qeyd edildi - Fotolar
Gələn il pensiya və əməkhaqları artırılacaq
Bakıda dayanacaqlar günəş enerjisi ilə işıqlandırılacaq
İcbari tibbi sığorta pulu maaşımızdan belə tutulacaq - Hesablama qaydası