ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid pilotsuz dəniz aparatını ələ keçirməyə çalışan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki kateri ABŞ hərbçiləri tərəfindən raket zərbəsi ilə məhv edilib.
Minval.info xəbər verir ki, bu hadisə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi kapitan Tim Hokins tərəfindən təsdiqlənib. Hokins bildirib ki, İranın kiçik gəmiləri ABŞ dronunu ələ keçirməyə cəhd etsə də, CENTCOM-un qətiyyətli cavabı nəticəsində bu niyyət baş tutmayıb və aparat tam nəzarətdə saxlanılıb.
İran mediası isə fərqli iddialar irəli sürərək, vurulan gəmilərin balıqçı qayıqları olduğunu və bir neçə balıqçının itkin düşdüyünü qeyd edib. Hadisədən sonra ABŞ rəsmiləri, Hərbi Dəniz Qüvvələrinə aid gəmilərin Hörmüz boğazından keçən tankerləri artıq gündüz vaxtlarında da müşayiət etməyə başladığını vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrail ordusu Cənubi Livana yeni hava hücumları həyata keçirib
Müctəba Xamenei İran ordusuna təhdidlərə qarşı tədbir gördü
ABŞ İranın balıqçı gəmilərinə hücum edib?
Kripto tarixinin ən böyük oğurluğu: 6,3 milyard dollar itki
Fələstinə beynəlxalq müdafiə qüvvəsi təcili göndərilməlidir
Donald Tramp: Kripto valyuta hücumu araşdırılır