Kolera epidemiyasına yoluxma artır

Qərbi Afrika ölkəsi Nigeriyada kolera epidemiyasında həyatını itirənlərin sayı 2 min 141-ə yüksəlib.
Minval.info xarici mətbuta istinadən xəbər verir ki, ölkədə epidemiya 1 ştatdan 3 sentyabr tarixinə qədər 23 əyalətə və paytaxt Abujaya yayılıb.
Bu dövrdə 65 min 145 nəfərə vəba diaqnozu qoyulub və 2 min 141 nəfər epidemiya səbəbindən ölüb. Ölkədə vəba epidemiyasının ən sıx yaşayan əyalət 10 min 343 hadisə ilə Kano, epidemiya səbəbi ilə ən çox insan itkisi olan əyalət isə 150 adamın həyatını itirdiyi Katsina şəhəridir. NCDC direktoru Dr. Kikve Ihekveazu, verdiyi açıqlamada, ölkədə aşkarlanan halların 26 faizinin 5-14 yaş arasında olduğunu deyib. Ihekveazu, ölkədəki epidemiyaya qarşı əyalətlərdə müxtəlif kampaniyaların başladığını bildirib və ictimaiyyəti gigiyenaya daha çox əhəmiyyət verməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!