Köhnə məhsulları yenidən emal edən şirniyyat sexi bağlandı (FOTO)

Gəncədə köhnə məhsulları yenidən emal edən şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Minval.info-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 87 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Yoxlama zamanı qəndin ağardılmasında qida sahəsində istifadəsi nəzərdə tutulmayan, kəskin qoxuya malik mənşəyi məlum olmayan ağardıcı maddədən istifadə edildiyi, satış nöqtələrindən geri qaytarılmış, yararlılıq müddəti bitmiş marmelad məhsulunun yenidən əridilərək emal olunduğu, məhsulların etiketlənməsi zamanı istehsal tarixinin dəyişdirildiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Eynulla Fətullayevdən çağırış: "Dəstək verin..." (FOTO)
Sumqayıt və Gəncədə də sosial evlər tikiləcək
Baş nazirdən dövlət qulluqçusu olmayan işçilərin maaşı ilə bağlı - QƏRAR
İstanbulda yaşayan azərbaycanlılar “Suryapı” şirkətindən şikayət etdi
Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA
Bakıda yeni marşrut xətti istifadəyə verilib


