Türkiyədə sərnişin avtobusu aşdı: 45 yaralı var
Türkiyənin Konya şəhərində baş vermiş yol nəqliyyat hadisəsində sərnişin avtobusu aşıb və nəticədə 45 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Publika.az-ın məlumatına görə, bu bədbəxt hadisə noyabrın 3-də gecə saat 02:00 radələrində qeydə alınıb.
Antalya-İğdır marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı xəndəyə aşırıb. Avtobusun dövlət nömrə nişanı 06 FDF 199 olaraq qeyd edilib.
Hadisə yerinə dərhal jandarma, polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar təcili yardım vasitəsilə Beyşehir, Konya və Seydişehir şəhərlərindəki xəstəxanalara çatdırılıb.
Xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu qeyd olunur. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yarım tona yaxın narkotik aşkarlandı
Bakıda sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Qəza törətməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya olunacaq
İspaniyada qatar qəzasında ölənlər arasında 4 amerikalı var
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi