03.11.2026 - 12:54
Yarım tona yaxın narkotik aşkarlandı
Hadisə 229 baxış

Yarım tona yaxın narkotik aşkarlandı

Dövlət sərhədində bir ay ərzində yarım tona yaxın narkotik vasitə aşkarlanıb.

Publika.az-a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, son bir ay ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilib.

Məlumatda bildirilir ki, bu tədbirlər nəticəsində ümumilikdə 472 kiloqram 225 qram narkotik vasitə və 16 615 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidməti narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: