KİV: "NATO-da Rusiya ilə danışıqlar üçün konsensus yoxdur"
NATO-da müttəfiqlər Rusiya ilə təhlükəsizliyin təminatı məsələləri və formatı üzrə konsensusa gələ bilməyiblər.
Minval.info xəbər verir ki, bu barədə “Financial Times”a NATO-dakı mənbə məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı vahid mövqe yoxdur. Danışıqların necə keçəcəyi, yaxud kimin dialoqda iştirak edəcəyi müəyyənləşdirilməyib.
Qəzetin yazdığına görə, NATO-da müttəfiqlər Rusiya ilə danışıqların vacibliyini qəbul ediblər. Qərb ölkələrinin hərbçiləri rəsmi Moskvanın təklifindən birbaşa imtina etmək istəyirlər. Ona görə də qarşılıqlı razılaşma və vəziyyəti sakitləşdirmək üçün yollar axtarırlar.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dekabrın 20-də jurnalistlərə açıqlamasında deyib: “ABŞ Rusiyanın təhlükəsizliyinin təminatı ilə bağlı təklifinə hələ münasibət bildirilməyib”.
Xatırladaq ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Moskvanın ABŞ və NATO-dan gözlədiyi təhlükəsizlik təminatları ilə bağlı sazişlər layihəsini açıqlayıb. Sazişlər xüsusilə NATO-nun şərqə doğru genişlənməsindən vaz keçməsi, o cümlədən Ukraynanın ona qəbul edilməsini, habelə ciddi hücum silahlarının, xüsusilə də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətləri nəzərdə tutur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mehman Hüseynovun məhkəməsi başlayır
Ombudsman Bəxtiyar Hacıyevi qəbul etdi - Səhhəti ilə maraqlandı
Ərdoğanla Putin vacib bəyanatlarla çıxış etdilər
Paşinyan istefa verəcək
Qüdrət Həsənquliyev: “Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir”
Peskov Putinin oxşarından danışdı
İlqar Məmmədova 234 min təzminat ödəniləcək - ReAL sədri bəraət aldı