KİV: "Əfqanıstanın yeni Baş nazirinin adı məlumdur"

Əfqanıstanın yeni hökumətinə Molla Məhəmməd Həsən Axund başçılıq edəcək.
“Minval.info” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanda çıxan “The News” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu barədə qərarı “Taliban”ın ruhani lideri Molla Hibatullah Axundzadə qəbul edib.
Məlumata görə, Şeyx Hibatullah Axundzadə şəxsən Molla Məhəmməd Həsən Axunda baş nazir olmağı təklif edib: “Molla Əbdül Qəni Baradar və Molla Abdus Salam onun müavinləri olacaq”.
Molla Məhəmməd Həsən Axund hazırda “Taliban”ın nüfuzlu orqanı sayılan Şuraya başçılıq edir. O, əslən Qəndəhardandır və “Taliban”ın liderlərindən sayılır.
Qeyd edək ki, bir müddət əvvəl TASS Əfqanıstanın yeni hökumətin tərkibinin sentyabrın 8-də elan olunacağı, Molla Əbdül Qəni Baradarın Baş nazir olacağı barədə xəbər yayılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!