Kişinin sinəsini deşib, başını kəsdilər - Azərbayanda dəhşət
Şəkidə 48 yaşlı kişi mübahisə zəmnin həmkəndlisi tərəfindən bıçaqlanıb.
Minval.info-nun APA-ya istinadən xəbər verir ki, bu gecə saat 3 radələrində rayonun Baltalı kənd sakini, 1970-ci il təvəllüdlü Xəlil Bəhram oğlu Xəlilov bıçaqlanma xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş, başın kəsilmiş və üst dodağın partlaması xəsarətləri dioqnozu qoyulub.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirlib ki, hadisə Xəlil Xəlilovun yaşadığı kəndə təşkil edilmiş qonaqlıqda baş verib.
Xəlil Xəlilovla həmkədlisi Nazim Aslan oğlu Afrizanov arasında şəxsi münasibətlər zəmnində mübahisə düşüb. Mübahizə zamanı Nazim Afrizanov əlində olan bıçaqla Xəlil Xəlilova xəsarət yetirib.
Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Nazim Afrizanov saxlanılıb.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı