Kişinin ağır çəkişi başına bəla oldu - FHN əməkdaşları köməyinə gəldi
Bakı şəhərinin Binəqədi rayonunda 1950-ci il təvəllüdlü Məmmədbəyov Şahlar Lütvi oğlu yaşadığı mənzildə çarpayıdan yıxılaraq zədə aldığı üçün ünvana həkim briqadası çağırılıb.
FHN-dən Minval.info-ya verilən məlumata görə, Ş.Məmmədbəyov artıq çəkili olduğu üçün Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkim briqadası tərəfindən vətəndaşın xərəklə TTTYS-nın avtomobilinə daşınması mümkün olmayıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər Ş.Məmmədbəyovu xərəklə TTTYS-nın avtomobilinin olduğu əraziyə və digər ünvanda yerləşən mənzilə çatdıraraq həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var