"Kişiləri yoldan çıxarmaq üçün göndərdiyin şəkillər..." - Evli olan sevgilisini öldürən Günel...
Qəsdən adam öldürməkdə təqsirli bilinən qadın hakim qarşısına çıxarılıb. O, qeyri-rəsmi münasibətdə olduğu şəxsi qətlə yetirib.
Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə mərhumun yaxınları təqsirləndirilən şəxsə etirazlarını bildiriblər.
“İki uşağı yetim qoydun. Onsuz da malını, pulunu sən yeyirdin. Axı niyə öldürürdün? Sən azadlığa çıxsan neçə kişinin başını yeyəcəksən. Öz ərini evdə, digərlərini də başqa yerdə saxlayırdın. Kişiləri yoldan çıxarmaq üçün nələr etməmisən. Göndərdiyin şəkillərin göz qabağındadır. Sən türmədə də kişiləri ələ alacaqsan” – deyə mərhumun yaxınları bildirib.
Məhkəmənin baxış iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.
Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub. Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
ƏLAQƏLİ
Qərbi Azərbaycan tv-nin üç illik uğur hekayəsi: Milli yaddaşın qoruyucusu necə formalaşdı?
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu