Kişi kafedə işləyən arvadını bıçaqladı – Azərbaycanda qanlı hadisə
Zaqatalada ər arvadını bıçaqlayıb.
Minval.info APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Zaqatala şəhərində fəaliyyət göstərən kafelərdən birində bıçaqlanma baş verib.
Kafedə işləyən Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Rəşid Çingiz oğlu Hüseynov hələ ki istintaqa məlum olmayan səbəbdən kafedə işləyən həyat yoldaşı 1976-cı il təvəllüdlü Kəmalə İlham qızı Hüseynovaya bir neçə bıçaq zərbəsi vurub. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan bildirilib ki, Kəmalə Hüseynovaya sol kürək nahiyəsinin, qarnının və sağ süd vəzisinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.
Hadisəni törətməkdə şübhəli sayılan Rəşid Hüseynov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binəqədidə kirayəçi 8 min manatlıq oğurluq etdi
Yollarda təhlükə artır: DYP-dən ciddi xəbərdarlıq
Vilyam Hacıyevin maşınlarını oğlu aldı!
İrandan Azərbaycana narkotik qaçaqmalçılığı ifşa edildi
Sultan Qasımova qızıl qaçaqmalçılığı ittihamı!
Stomatoloq həyat yoldaşını döydü, 1 000 manat cərimə aldı
Şəkidə zipline faciəsi: 2 ölüm, istintaq başladı