Kişi arvadını boğaraq öldürdü
Salyan sakini arvadını yastıqla boğaraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 25-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən bir qadın Buzovna qəsəbəsində kirayədə yaşayan rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini, onun əri Anara zəng etdikdə isə Kifayəti öldürdüyünü deməsini bildirib.
Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Anar Yusifov saxlanılıb. O, izahatında mayın 25-də Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbristanlıqda dəfn etdiyini bildirib.
Meyit eksqumasiya edilib.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir