Kino Gününə həsr olunmuş tədbirdə xalq artisti əlbəyaxa davaya çıxdı - VİDEO
Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb.
Tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olub.
Əldə etdiyimiz məlumata görə, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar. Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb.
Həmin görüntüləri təqdim edirik.
Yenicag.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi
