29.07.2018 - 20:08
Kriminal
18 baxış
Keçmiş məhkumun meyiti tapıldı
Bu gün saat 13 radələrində Zaqatala şəhər sakini 1967-ci il təvəllüdlü Canpolad Bəhram oğlu Şabanovun meyiti iylənmiş vəziyyətdə qeydiyyatda olduğu Vidadı küçəsi 2, mənzil 27 ünvanında aşkar edilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, C. Şabanovun ölüm səbəbini dəqiqləşdirmək üçün meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
İlkin araşdırma zamanı mənzildə tək yaşayan Canpolad Şabanovun 3-4 gün əvvəl öldüyü məlum olub.
Qeyd edək ki, C. Şabanov əvvəllər qəsdən adam öldürməyə görə həbs edilib. Lakin C. Şabanov həmin illər əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün Bakı şəhərində Ruhi Əsəb Xəstəlikləri Dispanserində uzun müddət müalicə aldıqdan sonra evə buraxılıb, barəsində həbs qətimkan tədbiri seçilməyib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
31.10.2026 - 12:24
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
31.10.2026 - 10:14
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
30.10.2026 - 16:24
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30.10.2026 - 12:24
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
30.10.2026 - 12:14
Bakıda supermarketdə 100 minlik fırıldaq
29.10.2026 - 15:04
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
29.10.2026 - 13:44
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
28.10.2026 - 15:54