Keçmiş məhkəmə sədrinin qətlinin istintaqı Baş Prokurorluğa verildi
Tovuz rayonunda hüquqşünasın qəsdən öldürülməsi ilə bağlı cinayət işi üzrə istintaq Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Hazırda faktla bağlı zəruri istintaq tədbirləri aparılır.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
Xəbər verdiyimiz kimi, sentyabrın 13-də səhət saatlarında iş adamı – restoran və hotellər şəbəkəsinin sahibi Əli Şamıyev məşhur vəkil Firudin Ələkbərliyə “Makarov” tipli tapançadan üç dəfə atəş açıb. Zərərçəkən xəstəxanada həyatını itirib.
Məlumata görə, F.Ələkbərli pullu hüquqi xidmət göstərib və 1990-cı illərin əvvəllərində Tovuz rayon məhkəməsinin sədri kimi çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi