Kaşıkçının qatillərinin yeni görüntüləri yayıldı - Fotolar
Səudiyyə Ərəbistanından olan müxalif jurnalist Camal Kaşıkçını İstanbulda qətlə yetirməkdə ittiham olunan 15 nəfərlik qrupla bağlı yeni görüntülər yayımlanıb.
Oxu.Az xəbər verir ki, fotolar Türkiyənin “Anadolu” agentliyi tərəfindən əldə edilib.
Görüntülər İstanbul aeroportunda, baş konsulluğun girişində və çıxışında lentə alınıb.

Türkiyə polisi bu görüntülər üzərindən qrupun hadisədən əvvəl və sonrakı addımlarını izləyib.
Bildirilib ki, kəşfiyyatçı Məhəmməd Səid H.Əlzahrani, general-leytenant Mansur Osman M.Əbu Hüseyn və kəşfiyyatçı polkovnik Naif Həsən S.Alarifi oktyabrın 1-də Səudiyyə Hava Yollarına aid təyyarə ilə, Əbdüləziz Məhəmməd M. Alhavsavi, Xalid Aed G.Alotaibi və Səid Meşal Abostanı oktyabrın 2-də Türk Hava Yollarına aid təyyarə ilə Atatürk aeroportuna eniş ediblər.

Onlardan başqa həmin gün polkovnik Bədr Lafi M.Alotaibi, kralın müjhafizəçisi Valid Abdullah M.Alşehri, general-leytenant Mustafa Məhəmməd M.Almadani, Faad Şabib A.Albalavi, general-leytenant Maher Əbdüləziz M.Mütrəb, kəşfiyyatçı Saar Qalib T.Alharbi, Türki Muşərrəf M.Alşehri, Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyinin tibb ekspertizasının polkovnik-leytenantı Salah Məhəmməd A.Tubaiqi və Saif Səid Q.Alqahtani də gecə saatlarında Atatürk aeroportuna eniş edərək, hotellərə yerləşiblər.

Onlar hadisə günü hissə-hissə baş konsulluğa gəlib və qətl baş verdikdən sonra oradan ayrılıblar. General-leytenant Mustafa Məhəmməd M.Almadani hadisədən dərhal sonra Kaşıkçının geyimində baş konsulluğun arxa qapısından çıxaraq, Sultan Ahmetdəki məscidə gəlib. Oradan isə geyimini dəyişərək, hotelə qayıdıb.
Cəsədin olduğu çamadan isə 34 CC 1865 dövlət qeydiyyat nişanlı avtomobillə hadisə günü saat 15:00-da baş konsulluğu tərk edib.

Oktyabrın 2-si gecə və 3-ü səhər saatlarında 15 nəfərlik qrup xüsusi təyyarələrlə Türkiyəni tərk edib və Səudiyyə Ərəbistanına qayıdıb.








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!