Kadırov əsəbiləşdi: "Bu, bütün Qafqazı alçaltmaqdır"
Çeçenistanın rəhbəri Ramzan Kadırov qaydasız döyüş üzrə yüngül çəkidə çempion olmuş Həbib Nurməhəmmədovun yarışlardan diskvalifikasiya olunmasına və 500 min dollar məbləğində cərimələnməsinə sərt münasibət bildirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun bütün Qafqazı narahat etdiyini və alçaltmaq olduğunu deyib.
“Qafqazı təmsil edən bütün adamlarımız alçaldılıb və onlara böhtan atılıb. Bizim döyüşçülərimizə verilən cəza ilə özündənrazı irlandiyalı provakatora verilən cəza arasındakı anlaşılmazlığa baxın”, – deyə Kadırov sosial şəbəkə hesabında yazıb.
Kadırov həmçinin bildirib ki, Qafqaz döyüşçüləri üçün pul və şöhrət deyil, şərəf və ləyaqət önəmlidir.
Qeyd edək ki, Nurməhəmmədov ötən ilin oktyabrında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edmiş və döyüş bitdikdən sonra onun komanda üzvlərinə hücum çəkmişdi. Bu hadisəyə görə Nurməhəmmədov 9 aylıq yarışlardan uzaqlaşdırılmış və 500 min dollar məbləğində cərimələnmiş, Makqreqor isə yarım il müddətinə yarışlardan diskvalifikasiya edilmiş və Nurməhəmmədova verilən pul cəzasından 10 dəfə az cərimələnmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!