Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapılıb
Azərbaycan Ordusunun Kəlbəcərdə itkin düşən baş leytenantı Fuad Bağırovun nəşi tapılıb.
Minval.info xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət etsin!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəlbəcərdə əsgərimiz intihar etdi - Foto
Şəhriyar del Gerani: "Mənim əqli problemlərim var..."
Hökumətdən uşaq pulu ilə bağlı - Açıqlama