Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Rusiyalı siyasətçi, Liberal-demokrat Partiyasının sədri Vladimir Jirinovski eyni artistlərin müxtəlif kanalların Yeni il şənlik proqramlarında iştirak etməsinə qadağa qoyulmasını təklif edib.
Siyasətçi bunu rusiyalıların heç olmasa Yeni il gecəsi seçim etmək hüquqlarının olması ilə əsaslandırıb.
Oxu.Az “RİA Novosti”yə istinadən bildirir ki, bu haqda V.Jirinovski dekabrın 12-də jurnalistlərə deyib.
“Axı nə qədər olar? İnsanlar artıq narazıdırlar və tələb edirlər ki, fərqli kanallarda müxtəlif insanlar və yeni simalar olsun. Bir kanaldan o biri kanala qaçmağı qadağan etmək lazımdır.
İnsanlar artıq bu səbəbdən televiziyaya baxmır. Ona görə də biz mədəni-əyləncəli proqramlarda yenilik tələb edən insanları dəstəkləyirik”, – deyə o bildirib.
Siyasətçi vurğulayıb ki, Rusiyada hər il istedad axtarışında olan çoxlu müsabiqə təşkil edilir və gənc ifaçılar üzə çıxır, lakin onları Yeni il şoularına buraxmırlar.
“Çox güman ki, onları sıxışdırırlar. Deməli, biz onlara yardım göstərməliyik. Gəlin hər il Yeni il şoularında çıxış edən ifaçıların heç olmasa üçdə birini yeniləyək”, – deyə Jirinovski özünün “Telegram” kanalında yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
