İyulun 21-dən Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq
İyulun 21-dən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi-“Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayacaq.
Bakı Nəqliyyat Agentliyindən “Minval.İnfo”ya verilən məlumata görə, müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma “BakuBus” MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək.
Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə olacaq: “Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq