İTV-nin baş direktoru vəzifəsinə 7 namizəd - Siyahı
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.
MTRŞ-dan Minval.info verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin tam siyahısı belədir:
| № | Soyadı, adı, atasının adı | Hal-hazırda işlədiyi müəssisə |
| 1 | Abbasov Rauf Müzəffər oğlu | Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsi, rəis müavini |
| 2 | Abbasov Səbuhi Mübariz oğlu | 7news.az saytı, baş redaktor |
| 3 | Mehrəliyeva Şəfəq Akif qızı | ADA Universiteti, aparat rəhbəri |
| 4 | Mehtiyeva Rahilə İbrahim qızı | Elit informasiya agentliyi, MMC baş direktor |
| 5 | Xəlilova Qərənfil Əli qızı | Hal-hazırda işsizdir |
| 6 | Qarayev Sadıq Qurban oğlu | AMEA Mərkəzi Nəbatat Bağı, elmi işçi |
| 7 | Qasımov Balakişi Ələkbər oğlu | İctimai Televiziya və Radio Yayımları Şirkəti,baş direktorun müavini |
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir