“İTİ QOVAN” PUA-ları Azərbaycan Ordusunun istifadəsinə verilib
“Yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi”.
Musavat.com-un xəbərinə görə, bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
Nazir xatırladıb ki, Vətən müharibəsi zamanı gərgin döyüşlərin getdiyi dövrdə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıblar: “Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı.
İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİ QOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhidimizin nəşi Azərbaycana qaytarıldı - FOTO/VİDEO
Nazir baş həkimi işdən çıxartdı
Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs həbs olundu
Ərzaq bazarında son qiymətlər: marketlərlə fərq varmı? - Reportaj
Bakıda 11 yaşlı qızın diri-diri yanması ilə bağlı — ŞOK İDDİA - VİDEO
91 saat sonra 4 yaşlı Ayla xilas edildi - (FOTOLAR, VİDEO)