İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib, 96 nəfər saxlanılıb
İtaliya polisinin ölkənin şimalındakı Apulia rayonunun Bari şəhərində həyata keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat nəticəsində 96 nəfər saxlanılıb.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bazar ertəsi həyata keçirilən əməliyyat zamanı saxlanılanların müxtəlif mütəşəkkil cinayətkar dəstələrin üzvləri olduğu bildirilir.
“Vortice Maestrale” adlı əməliyyat ölkənin Antimafiya İdarəsi ilə koordinasiyalı şəkildə polis və xüsusi təyinatlılar tərəfindən həyata keçirilib. Əsas zərbənin Baridə əksər kriminal fəaliyyətləri idarə edən Strişulo mafiya klanına endirildiyi bildirilir. Saxlanılan 96 nəfərdən əlavə 3 nəfərin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Onların hamısına qarşı mafiyaya üzv olmaq, narkotik maddələrin qanunsuz dövriyyəsi, işgəncə, ağır bədən xəsarətləri yetirmə, odlu silahların qanunsuz əldə edilməsi və daşınması ittihamları irəli sürülüb, barələrində cinayət işi başlanıb.
Hazırkı mərhələdə ümumilikdə 147 nəfər barəsində istintaq başladıldığı bildirilir. Məlumatda xüsusi əməliyyatın 2015-ci ildən bəri aparılan hərtərəfli araşdırmaların, kriminal iyerarxiya barəsində əldə edilən detallı sənədlər və s. nəticəsində mümkün olduğu bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ