İsveç polisi daun sindromlu gənci güllələdi - ŞOK SƏBƏB

İsveçin paytaxtı Stokholmda dünyanı sarsıdacaq hadisə baş verib.
Minval.info “Expressen” nəşrinə istinadən xəbər verir ki, daun sindromlu gənc Erik Torel oyuncaq silahla evdən çıxıb və polis tərəfindən güllələnib.
Yerli mediaya açıqlama verən atası Rikart Torel “Əlindəki oyuncağa görə oğluma atəş açıblar. Hər üç güllə onun qarnına dəyib” – söyləyib.
Anası Katarina Söderberq isə Erikin danışa bilmədiyini, yalnız “ana” sözünü deməyi bacardığını qeyd edib:
“Oğluma həyatında ilk dəfə oyuncaq silah hədiyyə edildi. Bu isə onun sonu oldu”.
Erikin anası bildirib ki, polislərin onun ayağını nişan ala bilərdilər, amma bütün güllələri qarnından vurublar: “Onun ölümü həyatımızı alt-üst etdi”.
Polislər barədə vəzifəsindən sui-istifadə etdiklərinə görə istintaq başlanıb. Onlar isə öz növbələrində “təhdid olunduqlarını” deyərək gəncdən şikayətçi olublar.
Ümid Hüseyn / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər
ABŞ İranla gərginlik fonunda əməliyyata hazırlaşır