12.09.2026 - 20:54
Dünya 11 baxış

Mehdiabadda zibil və su gölməçəsi problemi!

Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Memar Əcəmi küçəsində yerləşən su xəttində iki həftə əvvəl yaranmış nasazlıq nəticəsində içməli su əraziyə axıb. Təmir işləri aparılsa da, qazıntı sahələri açıq saxlanılıb və axan su yağış suları ilə birləşərək ərazidə gölməçələr yaradıb. Minval.info xəbər verir ki, küçədə əhali sayına uyğun olmayan iki zibil konteynerinin yerləşdirilməsi və onların ayda cəmi bir neçə dəfə təmizlənməsi ciddi antisanitar şəraitə səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: