12.09.2026 - 18:41
Dünya 13 baxış

Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında

Oman, İran və Körfəz ölkələrinin nümayəndələrini Hörmüz boğazının gələcəyini müzakirə etmək məqsədilə bir araya gətirməyi planlaşdırır. Görüşün gələn həftə Salalah şəhərində keçirilməsi nəzərdə tutulur.

Minval.info xəbər verir ki, Oman, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin və İranın xarici işlər nazirlərini bu görüşə dəvət etməyi düşünür. Lakin toplantının keçirilib-keçirilməyəcəyi və bütün Körfəz ölkələrinin iştirak edib-etməyəcəyi hələ dəqiq deyil.

Politoloq Zərdüşt Əlizadə bildirib ki, ABŞ, İranla Körfəz ölkələrinin bir araya gəlməsini əngəlləmək üçün müxtəlif vasitələrə əl atacaq. Onun fikrincə, bu görüş Hörmüz boğazının gələcəyini müzakirə etməklə Amerikanın regionla bağlı planlarını poza bilər. Əlizadə əlavə edib ki, əgər ABŞ prosesə müdaxilə etməsə, irəliləyiş əldə oluna bilər.

Politoloq həmçinin qeyd edib ki, Hörmüz məsələsində İranla razılıq Körfəz ölkələrinə fayda verə bilər. Mövcud vəziyyətdə Körfəz ölkələri çətinliklərlə üzləşib və ABŞ-dən asılıdırlar. Əgər ABŞ-ın istəyinə qarşı çıxarlarsa, Vaşinqton onların maliyyə vəsaitlərini müsadirə edə bilər. Buna baxmayaraq, Körfəz ölkələri və İran arasında müəyyən razılıqların əldə edilməsi mümkündür. Əks halda, Körfəz ölkələri ciddi təhlükə ilə üzləşə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: