Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
Binəqədi rayonu, 28 May qəsəbəsinin Dostluq küçəsində kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub. Sakinlərin bildirdiyinə görə, kanalizasiya xətti tez-tez tutulur və nəticədə çirkab suları küçəyə axır. Onlar aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem tam həll olunmur. Əraziyə gələn əməkdaşlar yalnız müvəqqəti təmir işləri aparırlar, lakin qısa müddət sonra kanalizasiya xəttində yenidən problem yaranır.
Minval.info xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məlumat verilib. Əraziyə baxış keçiriləcək, tullantı su xətləri yoxlanılacaq və hər hansı tutulma aşkar edilərsə, aradan qaldırılacaq. Qurum həmçinin qeyd edib ki, şəbəkənin vaxtaşırı tutulmasına səbəb vətəndaşların kanalizasiya xətlərinə məişət tullantıları atmalarıdır.
Sakinlərdən kanalizasiya xətlərinə tullantı suyundan kənar əşyalar və məişət tullantıları atmamaq xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər
ABŞ İranla gərginlik fonunda əməliyyata hazırlaşır
Şimali Koreya Yapon dənizinə raketlər buraxdı
Qəzza mövzusunda film Venesiyada rekord qırdı