İstirahət günlərində Azərbaycan yollarında 5 nəfər öldü
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 195 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
Bu haqda Mival.info-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçalada zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi RƏSMİ
Bakıda avtobusda biabırçılıq - Söyüş, təhqir...(VİDEO)
Sabiq baş həkim məhkəməyə məcburi gətiriləcək
Bakıda transdan küçədə qeyri-etik hərəkət - VİDEO
2 yaşlı uşağı atıb gedən ata tapıldı, ana isə...
Bakıda məşhur restoran yanır - VİDEO
Azərbaycanda avtoxuliqan polisi vurdu