“İsti qarşılanmaya görə çox sağ olun” - Rusiya gözəli Bakıda (FOTOLAR)
Rusiyanın aparıcı, fotomodel və bloqqeri, “Miss Rusiya 2003” titulunun sahibi, 2018-ci il dünya çempionatının səfiri Viktoriya Lopıryova ötən həftəsonunu Azərbaycanın paxtaxtında keçirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında bildirib.
“Bakıya xoş gəlmişsiniz! Əsrlərdən keçib gələn gözəllik və inanılmaz həyat eşqi – bu qonaqpərvər xalqın fərqli cəhətidir! Belə isti qarşılanmaya görə çox sağ olun”, – V. Lopıryova İnstaqramda qeyd edib.

Aparıcının paylaşımlarından onun Bakıya qardaşının doğum gününə gəldiyi məlum olub. Bununla o, doğmasına böyük sürpriz edib.

Bakıda olan V. Lopıryova İçərişəhərdə gəzməyi və Azərbaycan mətbəxinin təamlarının dadına baxmağı da çatdırıb. Məsələn, model səhər yeməyində verilən pomidorla yumurtanı “klassika” adlandırıb.

Qeyd edək ki, bu, V. Lopıryovanın Bakıya ilk səfəri deyil. O, daha əvvəl, 2003-cü ilin yayında Azərbaycanın payxtatında qonaq olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirlik Tarif Şurasına niyə müraciət edib?
Sakinlərin nəzərinə - Bu qatarın hərəkət cədvəli dəyişdi
Azərbaycanda iş adamı həbs edilib
Bazar gününə olan hava proqnozu açıqlanıb
Azərbaycanda 14 yaşlı qızın məcburi ərə verilməsinin qarşısı alınıb
Bakının 3 rayonunda təhlükə - Həyət evlərini su basa bilər