İstanbul sahillərində qəzaya uğrayan gəmidəki azərbaycanlılar barədə yeni xəbər

İstanbul sahillərində qəzaya uğrayan gəmidəki Azərbaycan vətəndaşlarından heç biri xəsarət almayıb.
Minval.İnfo xəbər verir ki, dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşı da olub – Faiq Hacıyev, Rəşid Həmzəyev, Ədalət Cahangirov, Samir Əhmədov, Saleh Babayev, Zamik Rəşidov, Radik Rəşidov, Fərid Əhmədov, Rüstəm Heydərov və Orxan Əhədov. Onların heç biri xəsarət almayıb.
Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayevin Azərtac-a verdiyi məlumata görə, məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaradılıb. Gəmidə xilasetmə işləri artıq başa çatıb. Heyət üzvləri müayinə üçün xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!