İsraildən fahişələrlə bağlı gözlənilməz qərar
İsrail parlamenti fahişələrin xidmətindən istifadəni qadağan edən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.
Oxu.Az newsru.co.il saytına istinadən xəbər verir ki, qanun yerli vətəndaşların və əcnəbi turistlərin pritonlarda, “əxlaqsızlıq yuvaları”nda olmasını yasaqlayır.
İlk dəfə qanunu pozan şəxslər iki min şekel (900 AZN) cərimə ödəyəcəklər. Qanun təkrar pozulduqda, cərimənin məbləği dörd min şekel (1800 AZN) təşkil edəcək. Xüsusi hallarda isə qanun pozuntusuna yol verən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək və 75 min şekel (34,3 min manat) cərimə ödəməli olacaqlar.
Maraqlıdır ki, qanun layihəsi intim xidmətlər təklif edən şəxslərə qarşı hər hansı cəza mexanizmi nəzərdə tutmur.
Qanun layihəsinin təşəbbüskarı İsrailin ədliyyə naziri Ayelet Şakeddir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!