İsrail sərhədlərini turistlər üçün açdı

İsrail bu gündən sərhədlərini xarici turistlər üçün açıb.
“Minval.info” İsrailin “Kan” dövlət radiosuna istinadən xəbər verir ki, noyabrın 1-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi vaksinlərlə son 6 aydan çox olmayaraq peyvənd olunan xarici turistlər İsrailə səfər edə biləcək.
Ölkənin Səhiyyə Nazirliyinin oktyabrın sonunda yaydığı məlumata görə, noyabrın 1-dən etibarən “Pfizer”, “Moderna”, “AstraZeneca”, “Sinovac”, “Sinopharm”, “Johnson & Johnson” və “Covishield” vaksinləri ilə tam peyvənd olunanlar İsrailə buraxılacaq.
Bununla yanaşı, xarici vətəndaşlar uçuşdan 72 saat əvvəl Ben-Qurion hava limanında PCR-test verməlidirlər. Həmçinin xaricilər mənfi nəticə əldə edənə qədər İsraildə təcridxanada qalmalıdırlar.
Bununla belə, ölkənin Səhiyə Nazirliyi bildirib ki, noyabrın 15-dən etibarən 14 gündən əvvəl və 6 aydan gec olmayaraq Rusiyanın “Sputnik V” vaksininin iki dozasını qəbul etmiş şəxslər də İsrailə buraxılacaq.
Qeyd edək ki, 2020-ci ilin martından İsrail faktiki olaraq turizm üçün bağlı idi. Bu zaman ölkəyə yalnızca İsrailə geri qayıdan vətəndaşların və xüsusi icazəsi olan əcnəbilərin girişinə icazə verilirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ