İspaniyanı qadınlar idarə edəcək

İspaniyada yeni qurulan hökümətin böyük hissəsi qadınlardan ibarətdir.
Qaynarinfo xəbər verir ki, yeni baş nazir Pedro Sançezin də daxil olduğu hökümətdə 17 nazirdən 11-i qadındır. Sosialist İşçi Partiyasının nümayəndəsi olan 46 yaşlı Sançes yeni hökümət kabinetini müəyyənləşdirərək Kral VI Felipeyə təqdim edib və bu siyahını mətbuat konfransı ilə ictimaiyyətə açıqlayıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Baş nazirin köməkçisi, ədliyyə naziri, müdafiə naziri, iqtisadiyyat naziri kimi vacib mövqelərdə qadınlar qərarlaşıb.
Pedro Sançezin partiyası Təmsilçilər Məclisindəki 350 yerdən sadəcə 84-ünə sahibdir və yeni hökümətin qərar qəbulunda çətinlik çəkəcəyi gözlənilir.
Qeyd edək ki, ötən günlərdə sabiq nazir Mariano Raxoy parlamentdə etibar səsverməsindən keçə bilməmiş, istefa vermək məcburiyyətində qalmışdı.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar