İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlər nə edəcək?
İsmayıllı rayonunda bəzi kənd məktəblərinin fəaliyyətini dayandırması valideynlər arasında narahatlıq yaradıb. Məktəblərin bağlanması nəticəsində şagirdlər təhsil almaq üçün uzun məsafələr qət etməli olurlar. İbtidai sinif şagirdləri də daxil olmaqla, uşaqlar 5-10, hətta 15-20 kilometr uzaqda yerləşən məktəblərə getməyə məcbur qalırlar.
Minval.info xəbər verir ki, sakinlər bu vəziyyətin xüsusilə qış aylarında ciddi çətinliklər yaratdığını bildirirlər. Qar, çovğun və yolların keçilməz olması səbəbindən uşaqların məktəbə gedib-gəlməsi çətinləşir. Bəzi valideynlər isə övladlarının təhsilini davam etdirməsi üçün kəndi tərk etmək məcburiyyətində qalırlar.
Problemin yalnız Namazgah kəndi ilə məhdudlaşmadığı, digər kəndlərin sakinlərinin də oxşar çətinliklərlə üzləşdiyi qeyd olunur. Şagirdlər məktəblərin bağlanmasının onlar üçün ciddi maneələr yaratdığını vurğulayırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?