İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstanda münaqişə tərəflərinə müraciət edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstanda sülhün qurulması naminə münaqişə tərəflərini hərtərəfli dialoqa çağırıb.
“Minval.info” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən fövqəladə iclasının nəticəsinə əsasən yayılan bəyanatda deyilir.
Daimi nümayəndələr səviyyəsində görüş Səudiyyə Ərəbistanının təşəbbüsü ilə çağırılıb.
Rəsmi sənədin müəllifləri həmçinin təşkilatın Əfqanıstanda sülhü, sabitliyi və milli barışığı dəstəkləməsi mesajını çatdırmaq üçün İƏT Baş Katibliyinin yüksək vəzifəli nümayəndə heyətini Əfqanıstana göndərməyi də təklif ediblər.
İƏT Əfqanıstanın yeni administrasiyasını və beynəlxalq ictimaiyyəti ölkənin yenidən terrorçular üçün sığınacaq olmaması üçün səyləri birləşdirməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ