İş adamının qətlində şok detallar: Qatilin pul qarşılığında tutulduğu ortaya çıxdı
İstanbulun Pendik rayonunda tikinti sahəsində fəaliyyət göstərən iş adamı Ercan Ekşinin qətli ilə bağlı aparılan istintaq sürətlə nəticə verib.
Minval.info xəbər verir ki, polis təhlükəsizlik kameralarının yüzlərlə saatlıq görüntüsünü araşdıraraq cinayəti törədən şəxsi və ona kömək edənləri müəyyənləşdirib.
46 yaşlı Ercan Ekşi iyulun 31-də tikinti sahəsinin girişində silahlı hücuma məruz qalıb. Ağır yaralanan iş adamı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İstintaq nəticəsində 23 yaşlı Muhammet G.-nin hadisədən təxminən 3 saat əvvəl əraziyə gəldiyi və avtobus dayanacağında gözlədiyi müəyyən edilib. Ercan Ekşi avtomobilinə minmək istədiyi anda ona yaxınlaşan şübhəli ardıcıl atəş açaraq hadisə yerindən qaçıb.
İstanbul Polis İdarəsinin Cinayət Bürosu əməkdaşları 480 saatlıq təhlükəsizlik kamerası görüntüsünü analiz etdikdən sonra şübhəlinin izinə düşüb. Muhammet G. hadisədən bir gün sonra Taksim meydanında saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəli cinayətdən sonra istifadə etdiyi silahı hadisə yerindən təxminən 300 metr aralıda boş sahəyə atıb və daha sonra onu gözləyən avtomobillə Bahçelievler istiqamətinə qaçıb. Silah sonradan polis tərəfindən aşkar edilərək götürülüb.
Polisdə ifadə verən Muhammet G. cinayəti etiraf edib və tanımadığı şəxslərin ona pul müqabilində bu işi təklif etdiklərini bildirib. Şübhəlinin sözlərinə görə, məqsədi Ercan Ekşini öldürmək deyil, yaralamaq olub.
Muhammet G.-nin ifadəsi əsasında aparılan əməliyyat zamanı ona qaçmağa kömək edən Mehmet G. (27) və Özcan O. (48) da saxlanılıb. Hər üç şübhəli polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndərilib.
Qeyd edək ki, silahlı hücum anı və şübhəlinin Taksimdə saxlanılması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə hücumçunun avtobus dayanacağında uzun müddət gözlədiyi, daha sonra iş adamına atəş açaraq qaçdığı əks olunub.
ƏLAQƏLİ
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Sumqayıtda keçmiş yeznəsini aldatdı, məhkəmə qərarı verildi
Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs cəzası aldı
Polis 103 kiloqramdan çox narkotik vasitə aşkarladı
Vəzifəli şəxsləri şantaj edən baş redaktor məhkəmə qarşısında