İş adamı 3 uşaq anası olan azərbaycanlı sevgilisini öldürdü - FOTOLAR
3 uşaq anası olan azərbaycanlı qadın sevgilisi tərəfindən tapança ilə öldürülüb.
Hadisə Türkiyənin Konya şəhərinin Karatay qəsəbəsində baş verib. Saibə Yüksəlir adlı qadın avtomobilin içərisində tapança ilə vurularaq yolun kənarına atılıb. 8 güllə yarası alan qadın ağır yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə Saibə ölmədən öncə onu Rahim adlı şəxsin güllələdiyini deyib.
Polis şahid ifadələrinə əsasən şübhəli şəxsin Yüksəlirin uzun müddətdir birlikdə yaşadığı iş adamı Rəhim A. olduğunu üzə çıxarıb. Şübhəlinin hadisə yerindən qaçdığı avtomobil Konyanın Səlçuklu qəsəbəsində tərk edilmiş vəziyyətdə tapılıb.
Hazırda cinayəti törədən Rahim A. adlı şəxsin tapılması istiqamətində iş aparılır.
Qeyd edək ki, cinayəti törədən Rahim A. Konyada böyük avtomobil salonlarından birinin sahibidir.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
