Rusiya mallarının bu türk dövlətinə ixracında rekord: Nə satıblar?
Publika.az-ın məlumatına görə, 2026-cı ildə Rusiyanın Özbəkistana ixracı həcm baxımından 60%, dəyər baxımından isə 32% artaraq 1,2 milyard dollara çatıb. Bu göstərici rekord hesab olunur.
“Aqroeksport” federal mərkəzi özünün “Telegram” kanalında bu barədə ekspert hesablamalarına istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiyanın Özbəkistana tədarük etdiyi kənd təsərrüfatı məhsulları yanvar-oktyabr aylarında 1,4 milyon ton təşkil edib və bu, artıq 2025-ci ilin bütün göstəricilərini üstələyib.
Özbəkistanın ən çox aldığı məhsullar arasında şəkər (274 milyon dollar), soya kotleti və unu (139 milyon dollar), şokoladlı qənnadı məmulatları (93 milyon dollar), günəbaxan yağı (60 milyon dollar) və buğda (52 milyon dollar) yer alıb.
Bundan əvvəl də qeyd olunmuşdu ki, ilin ilk yarısında Özbəkistana Rusiya pivəsinin tədarükü 2025-ci ilin eyni dövrü ilə müqayisədə daha yüksək olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bəzi cərimələr 150 faiz artırılır
Azərbaycan neftinin qiyməti dünya bazarlarında azalıb
DSMF-nin 2027-ci il büdcəsi təsdiqləndi
İşsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək
Rusiyanın Arktikdən rekord miqdarda neft daşıması gözlənilir
Azərbaycan ildə 65 milyon manatlıq ayaqqabı idxal edir
Qocalığı müəyyən edən pulsuz test: həkimdən sadə üsul