ABŞ-ın “Patriot” raketlərinin istehsalına Fransadan zərbə
ABŞ “Patriot” hava hücumundan müdafiə raketlərinin istehsalını genişləndirməkdə mühüm çətinliklərlə qarşılaşıb. Problemin əsasında raketlərin yeni modifikasiyalarında tələb olunan karbonlaşdırılmış viskozanın çatışmazlığı dayanır.
Publika.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” ABŞ hərbi dairələrindəki mənbələrə istinadən xəbər yayıb.
İlin əvvəlində Pentaqonun yüksək vəzifəli əməkdaşı təchizatçılardan birinə müraciət edərək karbonlaşdırılmış viskozanın tədarükünün artırılmasını istəsə də, şirkət bu tələbi yerinə yetirə bilməyəcəyini bildirib. Bu materialın minlərlə dərəcə istiliyə davam gətirməsi raketlərin istehsalında xüsusi əhəmiyyət kəsb edir.
Fransanın “ArianeGroup” şirkəti bu materialı istehsal edib ABŞ-a göndərir. Lakin şirkət tədarük həcmini artırmaq imkanının məhdud olduğunu bəyan edib. Sonrakı emal isə Kanzas ştatındakı “Park Aerospace” müəssisəsində həyata keçirilir.
“Park Aerospace” şirkətinin baş direktoru Brayan Şor, Fransa şirkətinə təzyiq göstərilməsinin əməkdaşlığın dayandırılmasına səbəb ola biləcəyini bildirib.
Bu vəziyyət ABŞ-ın müdafiə sənayesindəki ciddi təchizat problemlərini ortaya qoyur. Belə ki, təchizat zəncirində yalnız bir neçə komponentin çatışmazlığı bütöv istehsal prosesini dayandıra bilər və bu komponentlərin bir çoxu ABŞ-da ya istehsal edilmir, ya da kifayət qədər məhduddur.
Yeni Ceyms Bond İsveçrə saat istehsalçıları arasında rəqabət yarada bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Voyager 1 artıq Dünya-dan bir işıq günü uzaqdadır
Yeni Ceyms Bond İsveçrə saat istehsalçıları arasında rəqabət yarada bilər
Waymo şirkəti Kaliforniyada sürücüsüz taksi xidmətini dayandırdı
Ukrayna yaralı əsgərləri xilas etmək üçün uçan dronlardan istifadə edir
Donald Tramp Çin lideri Şi Cinpin ilə görüş üçün Çinə gəldi
Yaponiya nüvə prinsiplərini silməyi nəzərdən keçirir