İrlandiya parlamentində "alt paltarı" qalmaqalı - Aksiyalar başladı (Fotolar)
İrlandiyada 17 yaşlı bir qıza təcavüz edənlər bəraət alıb.
27 yaşındakı təqsirləndirilən şəxsin vəkillərinin məhkəmədə “transparan alt paltarı” müdafiəsi və sonrasında gələn bəraət qərarı etiraza səbəb olub.
İrlandiya millət vəkili Rutz Koppinger də qərarı parlamentdə iclas zamanı transparan alt paltarı göstərərək zərərçəkənin günahlandırılmasına etiraz edib.
Minval.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, əlindəki alt paltarını gösətərən deputat “Burada alt paltarı göstərmək utancverici ola bilər. Sizcə, bir təcavüz qurbanı, ya da bir qadın alt paltarının məhkəmədə yersizcə göstərildiyində nə hiss edər?” deyib.
Qeyd edək ki, müdafiə zamanı təqsirləndirilən şəxsin vəkilləri tərəfindən heç bir zorlama faktının olmadığı deyilib.
Hadisədən sonra paytaxt Dublində bir sıra etiraz aksiyaları keçirilib.
Qeyd edək ki, keçən il də Şimali İrlandiyada iki məşhur reqbi oyunçusu təcavüz ittihamlarından bəraət alıb və bu hadisədə Həm İrlandiya Respublikası, həm də Şimali İrlandiyada etiraza səbəb olub.
Emil Nəcəfov





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!