İraqda azərbaycanlı qadınlara edam cəzası verilib - AÇIQLAMA
Valideynləri Mosuldakı hərbi əməliyyatlarda ölən 20 uşaq İraqdan Azərbaycana qaytarılıb.
Minval.info xəbər verir ki, bununla bağlı məlumatı “İnterfaks-Azərbaycan”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov verib.
“İraq hökumətinin İŞİD terror təşkilatına qarşı əməliyyatı zamanı valideynlərini itirən 20 uşaq Azərbaycana qaytarılıb və yaxın qohumlarına təhvil verilib”, – o bildirib.
Onun sözlərinə görə, uşaqların uzun müddət din-ideoloji müharibənin getdiyi yerlərdə yaşamasını və təsirlənməsini nəzərə alaraq, onların hazırda bərpası və cəmiyyətə inteqrasiyası üçün işlər aparılır.
“Bundan başqa, digər uşaqların da Azərbaycana qaytarılması üçün işlər davam etdirilir”, – sədr müavini əlavə edib.
S.Heydərov qeyd edib ki, İraq ərazisində məsuliyyətə cəlb edilən azərbaycanlı qadınlar da var.
“Onlardan bəzilərinə qarşı ölkə qanunlarına uyğun olaraq edam cəzası çıxarılıb. Digərləri ilə bağlı araşdırmalar davam etdirilir”, – o deyib.
Sədr müavini bildirib ki, Azərbaycan vətəndaşlarına aid bütün məsələlər, o cümlədən onların vətənə qaytarılması üçün İraq hökuməti ilə danışıqlar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!