İrandan qaçaqmal yolu ilə psixotrop tərkibli dərman preparatlarının ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması, həmçinin sərhədyanı ərazilərdə yabanı şəkildə bitən narkotik xassəli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən minval.info-yabildiriblər ki, iyulun 29-da Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisindən qaçaqmal yolu ilə 3 bağlamadan ibarət 6 qutuda 10 milliqramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
İyulun 28-dən 31-dək Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Zaqatala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massivlərində 13796 ədəd ümumi çəkisi 9 ton 300 kiloqram olan yabanı şəkildə bitmiş çətənə kolları aşkarlanıb və müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi
Dünyanın ən uzun atı Hüqo lüks həyat yaşayır
İlham Mirzəyev xəstəxanadan evə buraxıldı
Payızda asqırma: Allergiya yoxsa soyuqdəymə?
Firuzə İbadova təcili əməliyyat olundu
İlham Mirzəyev infarkt keçirdi: Vəziyyəti ağırdır










